Mirra Andreyeva cəmi 56 dəqiqə davam edən oyunda Sorana Kırstyanı 6:0, 6:3 hesabı ilə məğlub edərək "Rolan Qarros" turnirinin yarımfinalına yüksəlib.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı rusiyalı tennisçi karyerasında ikinci dəfə "Böyük Dəbilqə" turnirində yarımfinal mərhələsində çıxış edəcək. O, daha əvvəl 2024-cü ildə  "Rolan Qarros"un yarımfinalına qədər irəliləmiş, lakin həmin vaxt Jasmin Paoliniyə məğlub olmuşdu (3:6, 1:6).

Qeyd edək ki, Andreyeva bu mövsüm qazandığı 34 qələbə ilə turda liderlik edir. Bu qələbələrdən 20-si məhz torpaq kortlarda qeydə alınıb.

Andreyeva finala yüksəlmək uğrunda "Roma" turnirinin çempionu Elina Svitolina və ya "Madrid" turnirinin qalibi Marta Kostyuk cütlüyünün qalibi ilə qarşılaşacaq.