Çempionlar Liqasına hazırlaşan "Sabah" ilk transferini rəsmiləşdirməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" cənubi afrikalı müdafiəçi Eyden Makkartini rənglərinə bağlamaq niyyətindədir.

Hazırda 22 yaşlı mərkəz müdafiəçisi vətənində "Kayzer Çifs" klubunun şərəfini qoruyur.

Tərəflər artıq transferlə bağlı tam razılığa gəliblər. Futbolçu tezliklə rəsmi müqavilə imzalamaq üçün Bakıya gəlməlidir.

Arxada qalan mövsümdə Makkarti klubu ilə 31 matçda meydana çıxıb və 2 qolla yadda qalıb.