"Araz-Naxçıvan" 10 futbolçusu ilə birdən yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, müqavilə müddəti başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalanmayıb.
Klub rəhbərliyi sözügedən oyunçulara göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli növbəti mövsümdə də Naxçıvan klubunun uğurları üçün tər tökməyə davam edəcəklər.


