23 qat "Böyük Dəbilqə" çempionu Serena Vilyams peşəkar tennisə geri dönür. 

Offsideplus.az xəbər verir ki, 44 yaşlı amerikalı ulduz bu ayın sonunda Londonda keçiriləcək turnirdə qadınların qoşa yarışında çıxış edəcək.

Sonuncu dəfə 2022-ci ildə "ABŞ Açıq" çempionatında (US Open) kortlara çıxan Vilyams uzun müddətdən sonra turnir təşkilatçılarından xüsusi dəvət (wildcard) alıb. Onun kanadalı gənc tennisçi Viktoriya Mboko ilə birgə mübarizə aparacağı gözlənilir.

Qeyd edək ki, "Kuins Klub"da təşkil olunacaq qadınların yarışı iyunun 8-də start götürəcək.