Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün növbəti reytinq cədvəli məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Siyahının zirvəsində apreldə Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının qızıl medalçısı, yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) qərarlaşıb. Qitə birinciliyinin digər qızıl mükafatçısı, sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə yer alıb. Yarışda gümüş medala sahib çıxan sərbəst güləşçi Arseniy Djioyev (420 xal) isə ilk "üçlüy"ü tamamlayır.
Reytinq cədvəlinin sonrakı pillələrində isə müvafiq olaraq bu idmançılar yer alıblar: Zelim Kotsoyev (cüdo, 390 xal), Səidcəmşid Cəfərov (boks, 350 xal), Elcan Hacıyev (cüdo, 340 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal) və Nurəddin Novruzov (sərbəst güləş, 270 xal).


