Menecer Vadim Kornilov Dmitri Bivolun növbəti döyüşü ilə bağlı mövcud vəziyyətdən danışıb.

Offsideplus.az xəbər verir ki, Kornilov bu barədə belə deyib:

"Hələlik konkret danışıqlar olmayıb. Bir həftə istirahət etmək, daha sonra isə görüşüb vəziyyəti müzakirə etmək barədə razılığa gəlmişik. Maliyyə və maddi baxımdan Devid Benavideslə döyüş daha sərfəlidir, lakin biz hər bir halda ilk növbədə Artur Beterbiyevlə qarşılaşmanı müzakirə etməyə üstünlük veririk. Dmitrinin bu il döyüşəcəyinə hələ tam əmin deyilik. Bir həftədən sonra danışacağıq".

Qeyd edək ki, mayın 30-da Yekaterinburqda keçirilən döyüşdə Dmitri Bivol hakimlərin yekdil qərarı ilə Mihael Eyferti məğlub edib.