"Qəbələ" iki futbolçusu ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, Rza Cəfərov və Sambu Sissokonun bölgə təmsilçisi ilə olan icarə müqavilələrinin müddəti başa çatıb.
Hər iki oyunçu müqavilə ilə məxsus olduqları klublara geri dönüblər.
Qeyd edək ki, "Qəbələ" R.Cəfərovu "Neftçi"dən, S.Sissokonu isə Fransanın "Valensyen" klubundan 2025/2026 mövsümünün sonunadək icarəyə götürmüşdü.


