Bu mövsüm ölkəmizi avrokuboklarda 4 klub təmsil edəcək. "Sabah" Çempionlar Liqasında, "Qarabağ" Avropa Liqasında, "Turan Tovuz" və "Neftçi" isə Konfrans Liqasında mübarizə aparacaq.
Bəs təsnifat mərhələlərindən mübarizəyə başlayacaq təmsilçilərimizin əsas liqa mərhələsinə vəsiqə qazanmaq ehtimalı nə qədərdir?
Offsideplus.az xəbər verir ki, bu suala süni intellekt "Gemini" cavab verib. "Gemini" "Sabah" və "Qarabağ"ın avrokuboklarda 3 liqa mərhələsindən ("Qarabağ"da bu ehtimal ikidir) birinə düşmək şansını 90%-dən yüksək dəyərləndirib. Süni zəka buna səbəb kimi "Sabah"ın mübarizəyə birbaşa Çempionlar Liqasından başlamasını (əks-halda digər turnirlərə keçmək şansı qorunur), "Qarabağ"ın isə uzunmüddətli zəngin avrokubok təcrübəsini göstərib.
"Neftçi"nin Konfrans Liqasının liqa mərhələsinə adlamaq şansı isə 60 faiz olaraq qiymətləndirilib. Mübarizəyə 1-ci təsnifat mərhələsindən start verəcək "ağ-qaralar"ın ilk iki mərhələdə səpələnmişlər səbətində yer alacağı dəqiqdir.
Avrokubokların debütantı olan "Turan Tovuz" yarışı birbaşa 2-ci təsnifat mərhələsindən başlasa da, onun liqa mərhələsinə vəsiqə qazanmaq şansı 40% olaraq təxmin edilir. Buna əsas səbəb kimi Tovuz təmsilçisinin püşkatma zamanı səpələnməmişlər səbətində yer alacağı və ilk mərhələdən etibarən güclü rəqiblərlə qarşılaşma ehtimalı göstərilir.


