Mövsümün başa çatması ilə Saşa İliçlə yolları ayıran "Sumqayıt"da yeni baş məşqçinin kimliyi maraq doğurur. Hazırda boşda olan komandanın sabiq çalışdırıcısı Samir Abasovun yenidən "kimyaçılar"ın sükanı arxasına keçəcəyi iddia edilir.
Bəs "Sumqayıt"ın yeni baş məşqçisi yerli olacaq, yoxsa əcnəbi? Samir Abasovun doğma klubuna dönüşü nə qədər realdır?
Klubun mətbuat katibi məsələ ilə bağlı Offsideplus.az-ın suallarını cavablandırıb:
“Hələ ki real bir şey yoxdur. Olduğu zaman klub tərəfindən rəsmi açıqlama veriləcək. Siyahı ilə bağlı da hansısa yenilik yoxdur. Samir Abasovla bağlı isə dəfələrlə klub və klub prezidenti Riad Rəfiyev tərəfindən açıqlama verilib ki, elə bir ehtimal gündəmdə yoxdur”.


