Domeniko Tedesko "Boloniya"nın yeni baş məşqçisi olub.

Offsideplus.az xəbər verir ki, İtaliya klubu onun təyinatını rəsmən elan edib.

Tedesko ilə daha bir mövsüm uzadılma variantı olmaqla, 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Aprelin sonunda "Fənərbaxça"dan qovulan 40 yaşlı mütəxəssis bu postda Vinçentso İtalyanonu əvəzləyib.

Arxada qalan mövsümdə "Boloniya" İtaliya A Seriyasının turnir cədvəlini 8-ci pillədə başa vurub.