Kilian Mbappe 90 dəqiqəyə düşən müdafiə aktivliyinin sayına görə La Liqada mövsümün ən pis oyunçusu seçilib.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in hücumçusu İspaniya çempionatında keçirdiyi 31 matçda cəmi 6 dəfə müdafiə planında effektiv olub ki, bu da oyunbaşına orta hesabla 0,2-dən az deməkdir. Bu göstəriciyə görə Mbappe La Liqa oyunçuları arasında sonuncu - 344-cü yeri tutub.
Onun komanda yoldaşı Vinisius Junior isə 336-cı pillədə qərarlaşıb (32 xal, 90 dəqiqəyə orta hesabla 1 müdafiə aksiyası).
"FotMob" portalı topu rəqibdən alma, top kəsmə, təhlükəli zonadan uzaqlaşdırma və bloklanan zərbələri müdafiə göstəricilərinə aid edir.
Qeyd edək ki, başa çatan mövsümdə Mbappe 25 qolla ardıcıl ikinci dəfə La Liqanın bombardiri olub.


