Azərbaycan milli komandasının Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, hər iki qarşılaşmanın idarəçiliyi Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

Malta ilə matçın baş hakimi Mixali Kaprali olacaq. Ona yan xətlərdə Balaş Buzaş və Bençe Belitsa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tamaş Boqnar yerinə yetirəcək.

San Marino ilə görüşü isə referi Marton Ruş idarə edəcək. Onun köməkçiləri Balaş Şert və Balaş Şalai olacaqlar. Oyunun dördüncü hakimi qismində Bençe Çsonka çıxış edəcək.

Qeyd edək ki, yığmamız Malta ilə iyunun 5-də, San Marino ilə isə iyunun 9-da üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda start götürəcək.