"Liverpul"un əfsanəvi siması Kenni Dalqliş xərçəng xəstəliyindən müalicə aldığını bəyan edib.
Offsideplus.az xəbər verir ki, həm futbolçu, həm də baş məşqçi kimi "Liverpul"la 30-dan çox titul qazanan Dalqliş bu diaqnozu sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə çatdırıb.
75 yaşlı şotlandiyalı mütəxəssis "Instagram" hesabında paylaşdığı postda yumor hissini də gizlətməyib:
"Sosial şəbəkədə səhvən paylaşdığım postdan da göründüyü kimi, hazırda xərçəng xəstəliyindən müalicə alıram. Mobil telefondan istifadə bacarığımdan fərqli olaraq, müalicə prosesi çox yaxşı gedir. Əslində bu məsələnin gizli qalmasını istəyirdim, çünki belə olması daha doğru idi. Lakin texnologiya sahəsindəki yararsız bacarıqlarım məni bu addımı atmağa məcbur etdi. Təbii ki, bu mövzunu ictimailəşdirmək niyyətim yox idi, ona görə də həm mənim, həm də ailəmin şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edirəm".


