"Liverpul"dan ayrıldıqdan sonra hazırda azad agent statusunda olan 27 yaşlı müdafiəçi İbrahima Konate karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" fransalı futbolçu ilə daha bir mövsüm uzadılma variantı olmaqla, dördillik müqavilənin şərtlərini razılaşdırmağa çox yaxındır.
Lakin bu transfer bir şərtdən asılıdır: keçid yalnız Florentino Peres prezident seçkilərində qalib gələcəyi təqdirdə rəsmiləşəcək.
İddialara görə, fransalı müdafiəçiyə "Bayern Münhen", PSJ və İngiltərə Premyer Liqasının digər top-klublarından da rəsmi təkliflər var.
Arxada qalan mövsümdə Konate İngiltərə çempionatında 36 matçda meydana çıxıb və 1 qolla yadda qalıb.


