Hakan Çalhanoğlu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Offsideplus.az "Aspor" nəşrinə istinadən xəbər verir ki, Türkiyə milli komandasının üzvü "Fənərbağça" formasını geyinməyə yaxındır. Klubda prezidentliyə namizə Hakan Safi H.Çalhanoğlu ilə fərdi şərtlərdə razılıq əldə edib. Safi prezident seçkisində qalib gəlsə, yarımmüdafiəçi "Fənərbağça"ya transfer olunacaq. 

Qeyd edək ki, hazırda "İnter"də çıxış edən 32 yaşlı yarımmüdafiəçinin 16 milyon avro satış qiyməti var.

Hakan Safi Çalhanoğludan əlavə, Robert Levandovskiyə də iki illik müqavilə təklif edib. Polşalı hücumçu illik 15 milyon avro məvacibə razılaşmağa yaxındır.