“Sabah” Futbol Akademiyası futbolçu seçmələrini davam etdirir. 

Offsideplus.az xəbər verir ki, akademiyanın növbəti seçmələri Bakıda olacaq. “Azərlotereya”nın dəstəyi ilə keçiriləcək seçmələr iyunun 6-da 2015-2019, iyunun 7-də isə 2010-2014-cü il təvəllüdlü uşaqlar arasında baş tutacaq.

İyunun 6-da keçiriləcək seçmələr saat 10:00-da, iyunun 7-dəki seleksiya isə saat 14:00-da başlayacaq. Seçmələr Bakıda, “Vətən” İdman Liseyninin futbol meydançasında keçiriləcək.