"İnter"in futbolçusu Denzel Dumfris Avropa nəhənglərinin maraq dairəsindədir. 

Offsideplus.az xəbər verir ki, müdafiəçisinin sərbəstqalma məbləği bu yay 25 milyon avro civarındadır. "Real Madrid" klubu futbolçunun nümayəndələri ilə danışıqlar aparır. Tərəflər arasında razılıq əldə olunmayıb və rəsmi təklif göndərilməyib. Dumfrisin "Liverpul"a keçidi yaxın olsa da, Arne Slotun gedişi bu keçidə təsirsiz ötüşməyəcək. 

Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Qeyd edək ki, Niderland millisinin 30 yaşlı üzvü 2021-ci ildən bəri "İnter"in formasını geyinir.