"Fənərbaxça"da keçiriləcək prezident seçkiləri ərəfəsində namizədlərdən biri olan Hakan Səfi klubun gələcəyi ilə bağlı iddialı layihələrini həyata keçirməyə başlayıb.

Offsideplus.az xəbər verir ki, iş adamının transfer siyahısındakı ilk böyük hədəfinin dünyaşöhrətli hücumçu Robert Levandovski olduğu məlum olub.

Yayılan son məlumatlara görə, Hakan Səfi polşalı ulduz futbolçunun transferi üçün artıq rəsmi şəkildə hərəkətə keçib.

THakan Səfi və komandası "Barselona"dan ayrılan Robert Levandovskinin transfer şərtlərini öyrənmək və onu İstanbula gətirmək üçün rəsmi müraciətini edib.

Bu transfer təklifi təsadüfi bir addım deyil. Hakan Səfi "Fənərbağça" rəhbərliyinə gələcəyi təqdirdə klubu Avropanın zirvəsinə daşıyacaq iddialı və böyük layihələr vəd edir və Levandovski bu layihənin əsas siması olaraq seçilib.