Futbol üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yola düşüb.
Offsideplus.az xəbər verir ki, mayın 29-da Bakıda bir araya gələn yığmamız hazırlıq prosesini iyunun 10-dək Avstriyanın Bad-Valtersdorf şəhərində davam etdirəcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu toplanış çərçivəsində iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Millimiz iyunun 5-də "Malta", iyunun 9-da isə "San Marino" yığmaları ilə üz-üzə gələcək.









