Dünya Kuboku finalı "Real Madrid" klubundun stadionunda keçiriləcək.
Offsideplus.az xəbər verir ki, "Santyaqo Bernabeu" DÇ-2030-un həlledici qarşılaşmasına ev sahibliyi edəcək. Bu barədə AS nəşri məlumat yayıb.
Turnirin 2030-cu il 8 iyun - 21 iyul tarixlərində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, mundial Mərakeş, İspaniya və Portuqaliyanın birgə ev sahibliyi ilə baş tutacaq. Sözügedən dünya çempionatı Şimali Afrikada keçiriləcək ilk mundial olacaq.


