UFC çempionu İslam Maxaçev iyunun 27-də Bakıda keçiriləcək UFC Döyüş Gecəsi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, dağıstanlı döyüşçü "UFC Eurasia" səhifəsinə açıqlamasında bu sözləri deyib:

"İyunun 27-də UFC FIGHT NIGHT Bakı keçiriləcək. Bu, çox böyük bir hadisədir. Bizim komanda yoldaşımız İkram Aliskerov da bu turnirdə çıxış edəcək. Gəlin, onu dəstəkləyin. Keçən il biz həmin turnirdə olmuşduq. Mənim yaddaşımda xüsusilə azərbaycanlıların qonaqpərvərliyi, ləzzətli Azərbaycan əti və dadlı çayı qalmışdı".