"Qarabağ" ilə müqaviləsinin müddəti başa çatan Emmanuel Addai Ağdam təmsilçisi ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, qanalı vinger sosial şəbəkə hesabında kluba təşəkkür edib, azarkeşlərə göstərilən dəstəyə görə minnətdarlığını çatdırıb:
"Bu fəslin sona çatması ilə sadəcə olaraq, hər şeyə görə "Qarabağ" klubuna təşəkkürümü bildirmək istəyirəm. Azarkeşlərə, klub əməkdaşlarına, məşqçilərə və komanda yoldaşlarıma mənə göstərdikləri dəstəyə, yaşatdıqları xatirələrə və qazandırdıqları təcrübələrə görə minnətdaram. Bunları ömrüm boyu özümlə daşıyacağam.
Bu klubun bir parçası olmaq mənim üçün böyük şərəf idi və burada keçirdiyim vaxta görə hər zaman minnətdar olacağam. Klubdakı hər kəsə gələcəkdə uğurlar, xoşbəxtlik və davamlı nailiyyətlər arzulayıram".
Qeyd edək ki, Addai 2024-cü ilin yayında "Qarabağ"a transfer olunmuşdu.


