"Fənərbağça" klubunda prezidentliyə namizəd Hakan Safi daha bir ulduz ilə razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, "Sportinq"in oyunçusu Luís Suares "sarı-lacivərtlər"ə mümkün transferi ilə bağlı şəxsi müqavilə şərtləri üzrə razılığa gəlib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Lakin transferin baş tutması klubda yaxın günlərdə keçiriləcək prezident seçkisinin nəticəsindən asılıdır. Bundan əlavə, "Sportinq" ilə transfer məbləği barədə yekun razılığın əldə olunması da vacib şərtlərdən biridir.
Qeyd edək ki, daha öncə Safinin Hakan Çalhanoğlu və Robert Levandovskini "Fənərbağça"ya keçid üzrə razı saldığı məlumatı yayılmışdı.


