Portuqaliya millisinin üzvü Bernardo Silva karyerasına DÇ-2026-dan sonra qərar verəcək.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi planlarını dəyişib. O, klub karyerası barədə qərar verməyə tələsmir. Hər şeyə bu yay keçiriləcək mundialdan sonra aydınlıq gələcək. Futbolçu milli komandaya fokuslanmaq istəyir.
Qeyd edək ki, Silvanın "Mançester Siti" ilə müqaviləsinin müddəti bu ay başa çatacaq.


