"Real Madrid" klubunda prezidentliyə namizəd Enrike Rikelme və Florentino Perez arasında gərginlik davam edir.

Offsideplus.az xəbər verir ki, ötən gecə Enrike özəl müsahibədə transfer edəcəyi ulduzun adını açıqlayacağını bildirib. Müsahibə başlayan kimi Florentino Perezin seçki kampaniyası Joze Mourinyonun klubun baş məşqçisi olacağını açıqlayıb və portuqaliyalı mütəxəssisin razılıq verdiyi videonu yayımlayıb. Rikelme canlı yayımda baş verənlərdən xəbər tutaraq gətirəcəyi "superulduz" baş məşqçinin fərqli olacağını söyləyib. O, prezident seçiləcəyi halda Erlinq Haaland və Rodrini transfer edəcəyini də qeyd edib. Haalandın atası və agenti olan Alfi isə bu məlumatın yalan olduğunu deyib.

Florentino Perez isə Joze Mourinyo və futbolçu İbrahima Konatenin ilk transferlər olacağını bildirib. O, daha bir top müdafiəçi transfer edəcəyini də əlavə edib. 

Qeyd edək ki, "Kral klubu"nda prezident seçkiləri 7 iyunda baş tutacaq.