Qışdan etibarən icarə əsasında “Zirə”də oynayan Eren Aydın karyerasını ölkəmizdə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, 23 yaşlı vinger yenidən “Zirə” ilə müqavilə bağlaya bilər. 

Hazırda heç bir klubla müqaviləsi olmayan Erenə “qartallar” yeni müqavilə təklif edəcək? Klubun mətbuat katibi Elmar Abdullazadə sualımızı cavablayıb:

“Müqavilə təklif olunmağı ilə nə isə deyə bilmərəm. Çox futbolçu ilə danışıq olur, alınır, alınmır. Ancaq rəsmi transfer olsa, rəsmi hesablarımızda paylaşırıq”.