"Sabah" klubu kapitanı Amin Seydiyevlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçinin müqavilə müddəti mövsümün sonunda başa çatıb.
2020-ci ildən etibarən “Sabah”ın formasını geyinən Seydiyev, bu müddət ərzində 186 oyunda forma geyinib, 7 qola imza atıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.


