"Şamaxı" klubunda növbəti ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, klub futbolçu Sezar Enrike ilə vidalaşıb. Onunla müqavilə müddəti başa çatıb.

Qeyd edək ki, 2026-27 mövsümündə "Şamaxı"nı Azər Bağırov çalışdıracaq. Daha öncə Şamaxı təmsilçisi Bilal İsmayılov, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tirkoveanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Kərim Rossinin gedişini açıqlayıb.