Qadınlardan ibarət milli komandamız sabah Dünya Çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, taleyüklü qarşılaşmada yığmamız macarıstanlı həmkarlarını qəbul edəcək.
C qrupunda yer alan millimizin qrupda lider olmaq şansı nə qədərdir?
Əslində şanslar olduqca çoxdur. Böyük ölçüdə məsələ məhz sabahkı oyunda həll olunacaq. Çünki millimizin 9, macarların 10 xalı var. Siyasət Əsgərovun kollektivi qələbə qazanacağı təqdirdə qrup zirvəsində yer alacaq.
Qeyd edək ki, Macarıstan seçməsinin heç-heçə etdiyi Andorranı təmsilçilərimiz səfərdə 3:1 məğlubiyyətə uğradıb.
Macarıstan millisi ilə qarşılaşma sabah 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olacaq.


