DÇ-2026-nı stadiondan izləyəcək azarkeşlər ilə bağlı qərar verilib.
Offsideplus.az xəbər verir ki, tərəfdarlar stadionda özlərinin su butulkalarını gətirə bilməzlər. Hava durumunun isti olmasından asılı olmayaraq, FIFA təhlükəsizlik məqsədilə azarkeşlərə qadağa qoyub.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcək mundial 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.


