ABŞ-də keçiriləcək Dünya çempionatı matçları ölkədə qüvvədə olan ciddi təhlükəsizlik qaydalarına görə uzunmüddətli fasilələrlə üzləşə bilər.

Offsideplus.az "Athletic" nəşrinə istinadən xəbər verir ki, qaydalara əsasən, stadionun təxminən 13 kilometr radiusunda ildırım qeydə alındığı halda oyun dərhal dayandırılmalıdır. Bu zaman futbolçular paltardəyişmə otaqlarına göndərilir, azarkeşlər isə təhlükəsiz ərazilərə təxliyə olunur.

Görüş yalnız son ildırım hadisəsindən sonra 30 dəqiqə ərzində yeni bir ildırım müşahidə edilmədiyi təqdirdə bərpa oluna bilər. Əgər bu müddətdə yenidən ildırım çaxarsa, 30 dəqiqəlik gözləmə vaxtı sıfırlanır və proses yenidən başlayır.

Bu səbəbdən bəzi mundial oyunlarının bir neçə saat gecikməsi ehtimalı istisna edilmir.