“Turan Tovuz” klubu ötən gün bəyanat yaydı, UEFA-nın klubu Konfrans Liqasından kənarlaşdırdığını bildirdi.

Lakin Qərb təmsilçisi bu qərarla barışmayıb, İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. Hələ ki, yekun qərar verilməyib. Məhkəmənin xoş xəbər verməsi nə qədər realdır? “Turan Tovuz” Konfrans Liqasına buraxıla bilər? 

Bu barədə idman hüquqşunası Fərid Haqverdiyev fikirlərini Offsideplus.az-a bölüşüb.

“UEFA-nın əsasnaməsində klubların iştirakı üçün bir neçə kriteriyalar var. “Turan Tovuz”da da bunlardan biri pozulub. Ümid İdman Arbitraj Məhkəməsinə qalır, burda da şans azdır. Əslində müəyyən qədər var, bundan da istifadə etmək lazımdır. 2019-cu ildə klubun hansısa formada iştirakı təsdiqlənməyibsə, bu güclü arqumentdir. Əldə sübut olsa, izah etmək olar ki, alqı-satqı ilə məşğul olan 7 futbolçu klubun xəbəri olmadan hərəkət ediblər. Müdafiə etmək çətin olacaq”.