2026-cı il 11 iyun - 19 iyul tarixlərində keçiriləcək FIFA Dünya Çempionatının ən məhsuldar futbolçusu olmaq uğrunda mübarizədə əsas favoritlərin siyahısı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Fransa millisinin hücumçusu Kilian Mbappe 17 faiz göstərici ilə turnirin bombardiri olmaq üçün ən şanslı namizəd hesab olunur.
İkinci pillədə 12 faiz ehtimalla İngiltərə millisinin kapitanı Harri Keyn qərarlaşıb. İlk üçlüyü isə 8 faiz göstərici ilə İspaniya millisinin üzvü Mikel Oyarzabal tamamlayır.
Siyahıda dördüncü yerdə Norveç millisinin ulduzu Erlinq Haaland (6 faiz), beşinci pillədə isə Argentina millisinin kapitanı Lionel Messi (5 faiz) yer alıb.


