UFC-nin orta çəki çempionu Şon Strikland Ağ Evdə keçiriləcək UFC tədbirinə buraxılamyacaq. 

Offsideplus.az xəbər verir ki, bu barədə MMA döyüşçüsü özü sosial şəbəkələrdə paylaşım edərək açıqlama verib. O, bildirib ki, ABŞ prezidenti Donald Trump və İsrail hökumətini tənqid etdiyinə görə UFC-nin Ağ Evdə keçirilməsi planlaşdırılan tədbirindən kənarlaşdırılıb.

Qeyd edək ki, Striklandın iddiaları ilə bağlı rəsmi qurumlar və ya UFC tərəfindən hələlik hər hansı açıqlama verilməyib.