Joze Mourinyo Türkiyəni Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis aşağıdakı iddialar əsasında şikayət ünvanlayıb:
2024-cü ildə "Trabzonspor"a qarşı oyundan sonra ona verilən cəzalar;
Türkiyədəki futbol qurumlarının (komitələrinin) müstəqil olmaması;
İfadə azadlığının pozulması;
Əsaslandırılmış qərarın ona təqdim edilməməsi;
Ədalətli məhkəmə araşdırması hüququnun əlindən alınması.


