Qəbələ” klubu kapitanı Murad Musayevlə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə Qəbələ təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasında debüt edib. 

M.Musayev Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub. 

O, “Qəbələ”də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub.