Kapitan Amin Seydiyevlə yollarını ayıran “Sabah” müdafiəçi Tellur Mütəllimovla müqavilənin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisi 31 yaşlı futbolçu ilə 2 illik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, 2022-ci ildən "bayquşlar"ın formasını geyinən Tellur “Sabah”da ümumilikdə 102 oyun keçirib. Mütəllimov “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.