Tofiq Musayev - Ludovit Klayn döyüşü UFC tərəfindən rəsmən açıqlanıb.

Offsideplus.az xəbər verir ki, döyüş avqustun 1-də Serbiyanın Belqrad şəhərində keçiriləcək UFC Döyüş Gecəsində baş tutacaq. Tədbir Belqrad Arenada keçiriləcək. 

Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də keçirdiyi 3-cü döyüşü olacaq. O, son qarşılaşmasında İqnasio Bahamondesi məğlub etmişdi. 

Xatırladaq ki, 36 yaşlı döyüşçü 2025-ci ilin 21 iyununda UFC Fight Night Bakıda debüt etmişdi.