Almaniyanın "Bayer" klubunda baş məşqçi dəyişikliyi olub.
Offsideplus.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mövsümü 6-cı yerdə bitirən və Çempionlar Liqasına vəsiqə qazana bilməyən komandanın çalışdırıcısı Kasper Hyulmandla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onu bu vəzifədə Karles Martines əvəzləyib. 42 yaşlı ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Karles Martines 2023-cü ilin yayından "Tuluza"nı çalışdırıb.


