2026-27 mövsümündə I Liqada mübarizə aparacaq "Karvan-Yevlax"da 2 ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi Kayl Spens və Pedro Mateus ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçunun müqaviləsinin müddəti başa çatıb. 

Qeyd edək ki, Kayl ötən mövsüm 34 oyuna çıxıb, 3 qol vurub və 6 qol ötürməsi edib. 29 yaşlı Pedro isə başa çatan mövsümdə 20 oyuna çıxıb.