Dünyanın ən yüksək transfer dəyərinə malik qapıçılarının reytinqi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) statistik modelinə əsasən, siyahının ilk pilləsində İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Canluici Donnarumma qərarlaşıb. Onun transfer dəyəri 79,5 milyon avro qiymətləndirilib.

İkinci yerdə İspaniyanın “Barselona” klubunun qolkiperi Xoan Qarsiya yer alıb. Gənc qapıçının bazar dəyəri 78 milyon avro olaraq göstərilib.

İlk üçlüyü isə İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı Senne Lammens tamamlayıb. Onun transfer dəyəri 52,7 milyon avro olaraq göstərilir.