"3 il sonra yenidən millidə olmaq məni çox sevindirdi".

Offsideplus.az xəbər verir ki, bu sözləri futbol üzrə milli komandamızın qapıçısı Emil Balayev söyləyib. O, Maltaya qarşı oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Komandada çox yaxşı ab-hava var. Ailə atmosferi var. Düşünürəm ki, çox maraqlı bir oyun bizi gözləyir. Təbii ki darıxmışdım. Karyeramda başqa qapıçılarla da rəqabətim olub. Amma Şahruddinlə rəqabətimiz ayrıdır. "Qarabağ"a yeni gələndə millidə mən oynayırdım, "Qarabağ"da isə o. Bir-birimizə hər zaman dəstək olmuşuq. Başqaları ilə rəqabətim ayrı, Şahruddinlə rəqabətim qardaşyanadır".