"Çətin mövsümdən sonra uşaqları belə istəkli görmək məni çox sevindirdi".
Offsideplus.az xəbər verir ki, bu sözləri futbol üzrə milli komandamızın baş məşqçisi Ayxan Abbasov söyləyib. O, Maltaya qarşı oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Bilirsiniz ki, Millətlər Liqasından öncə son toplanışımızdır. İki yoldaşlıq oyunumuz var: Malta və San Marino. Yoxlama qarşılaşmaları olsa da, hədəfimiz yalnız qələbədir. Bir çox komanda bizimlə oynamaqdan imtina etdi. Millətlər Liqasındakı rəqibləri fikirləşirik. Litva və Lixtenşteynə yaxın rəqiblər seçmək istəyirdik. Yoxlama oyunlarına rəsmi görüşlərfən fərqli yanaşırıq. Elə ən başlıcası əvəzetmələri götürək. Hansı oyun olur-olsun, qələbə qazanmaq istəyirik. Əvvəlki toplanışlarda bizim imkanımız yox idi ki, nəticəni ikinci plana ataq".
Mütəxəssis Elvin Cəfərquliyev barədə bu sözləri deyib: "Elvin böyük oyunlar çox darıxıb. Bu oyunlar məncə, ona da böyük təkan verəcək. İnanıram ki, Millətlər Liqasına qədər Elvin yeni komandasında olacaq və oyun praktikasından əziyyət çəkməyəcək. O, Azərbaycan üçün çox vacib oyunçudur".


