İtaliya nəhəngi "İnter" sağ cinah müdafiəsini gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib.


Offsideplus.az xəbər verir ki, Milan təmsilçisinin "Atalanta" klubunun gənc futbolçusu Marko Palestra ilə yaxından maraqlanır.

Məlumata görə, İnter 20 yaşlı sağ müdafiəçinin transferi üçün bonuslarla birlikdə 42 milyon avro həcmində təklif hazırlayıb.

Klub rəhbərliyi Marko Palestranı gələcəyin perspektivli futbolçularından biri hesab edir və onu sağ cinahda çıxış edən Denzel Damfris üçün uzunmüddətli alternativ kimi nəzərdən keçirir.

"Atalanta" isə gənc oyunçunu buraxmağa tələsmir. Buna baxmayaraq, tərəflər arasında danışıqların davam etdiyi və transferin yay transfer pəncərəsinin ən diqqətçəkən keçidlərindən olacağı gözlənilir.