FIFA qarşıdan gələn 2026-cı il Dünya Çempionatında stadionlara giriş qaydalarını sərtləşdirib.

Offsideplus.az xəbər verir ki, futbol qurumu azarkeşlər üçün su şüşələrinin stadionlara gətirilməsini tamamilə qadağan edib.

Əvvəlki turnirlərdə tribunalara maksimum 1 litrlik boş plastik butulkaların keçirilməsinə icazə verilirdisə, bu dəfə həmin güzəşt də ləğv olunub.

Yeni qaydalara əsasən:

* Stadionlara heç bir növ su şüşəsi buraxılmayacaq

* stəkanlar, metal bankalar və digər maye qabları da qadağa siyahısına daxildir

* bütün bu məhdudiyyətlər girişdə ciddi yoxlamalarla tətbiq olunacaq

FIFA bu qərarı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah edib.