“Fənərbağça” prezidentliyinə namizəd Aziz Yıldırım, seçki öncəsi transfer planlarını sürətləndirib.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, onun komandası İtaliyanın “Roma” klubunda çıxış edən futbolçu Zəki Çelik üçün rəsmi təklif irəli sürüb.

İddialara əsasən, futbolçunun müqavilə vəziyyəti və sərbəst qalma ehtimalı bu transferi daha real edir.

Yıldırım seçkidə qalib gələrsə, Zəki Çelik ilə 3 illik müqavilə imzalamağı və müdafiə xəttini təcrübəli yerli oyunçularla gücləndirməyi planlaşdırılır.

Qeyd edək ki, Çeliklə “Yuventus” və "Marsel” klubları da yaxından maraqlanır.