Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.

Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.

"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə yekunlaşıb.

Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.

Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula yiyələnib.