“Qalatasaray” Bernardo Silvani transfer siyahısından çıxarıb.

Offsideplus.az xəbər verir ki, “sarı-qırmızılılar”  yarımmüdafiəçinin keçidindən imtina edib.

Klub rəhbərliyinin bu qərarı maliyyə şərtləri və transfer planlaması ilə bağlı verdiyi bildirilir.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi cari mövsümdə "Mançester Siti”nin heyətində Premyer Liqada 31 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.