"Üzücü məğlubiyyət oldu".
Offsideplus.az xəbər verir ki, bu sözləri Maltaya qarşı yoxlama oyununda 0:2 hesabı ilə məğlub olan Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov söyləyib. O, matçı şərh edib:
"Çoxlu qol epizodumuz var idi. Uzun müddətdir ki, bu qədər epizoda girə bilmirdik. Nəticə məyusedici oldu. Yoxlama oyunudur, riskə getmək istəyirdik. Oyun praktikasından əziyyət çəkən futbolçularımız var. Növbəti oyunda inanıram ki, qol epizodlarını dəyərləndirəcəyik. İkinci qolda riskə getmişdik, amma ilk qolda daha sadə oynamaq olardı. Sürətli qayıdışlarda bir az axsadıq, rəqib də bundan faydalandı".
A.Abbasov oyundan sonra komandadakı atmosfer barədə danışıb:
"Heç kimə imkan vermərəm ki, mili komandada belə intizamsızlıq olsun. Soyunub-geyinmə otağında da məyusluq var idi".


