Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası bu gün beynəlxalq yoxlama oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Malta millisi ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Szombathely şəhərində yerləşən Haladaş Futbol klubunun meydançasında baş tutacaq.
Qeyd edək ki, millimiz iyunun 9-da San Marino ilə qarşılaşacaq.
Yoxlama oyunu
22:00 Malta - Azərbaycan
"Haladaş" FK-nin meydançası


